"POLİMER SƏNAYE PARKI" MMC 2012-ci ildən fəaliyyət gostərir.
Qısa dövr ərzində müessisənin esas istehsal sahələri, sosial məişət obyektləri və digər sahələri tamamilə müasir standartların tələblərinə uyğun yenidən qurulmuş, müxtəlif çəşiddə yüksək keyfiyyətli polimer məhsullarının istehsal sahələri yaradılaraq tam istifadəyə verilmişdir.
Müessisədə bütün istehsal xətləri və yardımçı avadanlıqlar yüksək ekoloji və təhlükəsizlik normalarına cavab vərməklə dünyanın ən qabaqcıl avadanlıq istehsalı şirkətlərinə məxsusdur.
Ölkə iqtisadiyyatına önəmli töhfələr verməklə daxili bazarın polimer məhsullarına olan tələbatını keyfiyyətli məhsullarla təmin etmək və bu məhsulların digər ölkələrə ixrac edərək Azərbaycanın sənaye imicini daha da yaxşılaşdırmaqdır.
Məhsullarımız ölkəmizdə aparılan quruculuq və abadlıq işlərində yüksək keyfiyyəti və təhlükəsizliyi ilə hər bir insanın həyatında mühüm rol oynamaqla sağlam cəmiyyətin formalaşmasına mühüm töhvələr verəcəkdir. Ölkəmiz daha da inkşaf etsin,qüdrətli olsun, vətəndaşlarımız təhlükəsiz və sağlam yaşasın. Qurulan əməkdaşlıq əlaqələri, bütün tərəflər üçün daha da faydalı, gələcək üçün daha dəyərli olsun.